İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden türk respublikalarını Vaşinqtona çağırır-Lavrov təlaşda

ABŞ prezidenti Co Bayden Mərkəzi Asiya ölkələrinin prezidentlərini ABŞ-da keçiriləcək C5+1 sammitinə dəvət edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məktubun mətnini Forbes jurnalı dərc edib. Toplantının bu il sentyabrın 19-u və ya 20-nə təyin edildiyi gələn xəbərlər arasındadır. Görüş böyük ehtimalla BMT Baş Assambleyası çərçivəsində keçiriləcək.

Məktubda ABŞ prezidenti Orta Asiya liderləri ilə birgə təhlükəsizlik, iqtisadi və ekoloji məqsədlərin birgə irəliləyiş yollarını müzakirə etməyi planlaşdırdığını qeyd edib.

Bu arada, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avrasya İqtisadi İttifaqı və KTMT üzvlərinin guya Qərb ölkələrinin böyük təzyiqi altında olduğunu bəyan edib. Onun iddiasına görə, bu dövlətlərin yüksək rütbəli siyasətçilərinə anti-Rusiya sanksiyalarına qoşulmaqla bağlı şantaj tətbiq olunur. Lavrov Rusiyanın həmin ölkələrin “ehtiyatla davranmaq” siyasətini anlayışla qarşıladıqlarını qeyd edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR