İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden o qanunu imzaladı: Yaxın saatlarda...

ABŞ prezidenti Co Bayden Ukrayna, İsrail və Hind-Sakit Okean regionundakı müttəfiqlərə əlavə maliyyə yardımı haqqında ABŞ Konqresinin daha əvvəl təsdiqlədiyi qanun layihələri paketini imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Ağ Evin saytında açıqlanıb.

Açıqlamadan aydın olur ki, sənədləri imzaladıqdan sonra Bayden həmvətənlərinə müraciət edərək deyib:

“Mən indicə həftəsonu Nümayəndələr Palatasının və dünən Senatın təsdiq etdiyi maliyyə paketini imzaladım. Yaxın saatlarda biz Ukraynaya silah göndərməyə başlayacağıq. Söhbət hava hücumundan müdafiə sistemləri və artilleriya, raketlər və zirehli texnikalar üçün sursatdan gedir".

Onun sözlərinə görə, bu yardım paketi “təkcə Ukraynanın deyil, həm də Avropa və ABŞ-ın təhlükəsizliyinə sərmayədir”.

Qeyd edək ki, Ukraynaya yardım haqqında qanun Kiyevə təqribən 61 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR