İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Havayda etirazlar və təhqirlərlə qarşılanıb

ABŞ prezidenti Co Bayden meşə yanğınlarına məruz qalan Havay adalarını ziyarət edərkən etirazçılar tərəfindən təhqiramiz afişalarla qarşılanıb.

Musavat.com xəbər verir ki, bu barədə Newsweek yazıb.

Amerika lideri Maui adasındakı Lahayna şəhərinə gəlib. Bu şəhər meşə yanğınları nəticəsində, demək olar ki, tamamilə məhv edilib.

Newsweek-in məlumatına görə, Bayden yerli sakinlər tərəfindən təhqiramiz afişalarla, eləcə də prezidentliyə namizəd Donald Trampı dəstəkləyən yazılarla qarşılanıb. Bəzilərinin əllərində "Çox gec" və "Hərəkətlər sözlərdən daha yüksək səslə danışır" sözləri yazılmış plakatlar da olub. Bəzi yerli sakinlər bildiriblər ki, prezident yanğından zərər çəkmiş adaya çox əvvəl baş çəkməli idi.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Loren Bobert Baydeni Delaverdəki çimərlikdə dincəldiyinə və Havayda baş verən şiddətli yanğınlar fonunda Ukraynaya yardım çağırışına görə tənqid edib. O xatırladıb ki, təbii fəlakətə baxmayaraq, prezident Konqresdən Kiyev üçün 24 milyard dollar ayırmağı xahiş edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR