Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrinin ildönümü hesab edilən aprelin 24-də yayımladığı anım mesajında bir daha “soyqırımı” ifadəsini işlədib.
Musavat.com xəbər verir ki, dörd paraqrafdan ibarət anım mətninə qondarma erməni “soyqırımı” sözü bir daha daxil edilib.
Bayden açıqlamasında əvvəlki prezidentlərin də işlətdiyi ermənicə “böyük fəlakət” mənasını verən “Meds Yeghern” ifadəsindən də istifadə edib.
Bundan əlavə, mətndə İstanbul "Konstantinopol" olaraq qeyd edilib.
“Birləşmiş Ştatlar insan hüquqlarını müdafiə etməyə və dözümsüzlüyə qarşı çıxış etməyə davam edəcək” - bəyanatında deyilir.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ