İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden açıqladı: "Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə imkan verən raketlər...”

Amerika Birləşmiş Ştatları Ukraynaya Kiyevin Rusiya ərazisinə zərbə endirməsinə imkan verəcək uzaqmənzilli raket sistemləri göndərməyəcək.

“Report”un məlumatına görə, bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib.

Amerika lideri jurnalistlərin Vaşinqtonun Kiyevə uzaqmənzilli raket silahlarını ötürməyə hazır olub-olmayacağı ilə bağlı sualını cavablandırarkən deyib: “Biz Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə imkan verən raket sistemləri göndərməyəcəyik”.

Bundan əvvəl “New York Times” mənbələrə istinadən xəbər verir ki, Ağ Ev Ukraynaya atəş məsafəsi 500 km-ə çata bilən M31 GMLRS (Guided Multiple Launch Rocket System) qurğuları ilə təchiz etmək qərarına gəlib.

Bundan əlavə, bu cür qurğular peyklərdən idarə olunan raketlərlə təchiz oluna bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR