İnsanlara hürriyət, millətlərə istiqlal!

Başqanlığa namizəd İsa Qəmbərin xeyrinə geri çəkildi

"İsa bəy kimi təcrübəli dövlət adamına və siyasətçiyə böyük ehtiyac var"

Mayın 4-də Müsavat Partiyasının qurultayı keçiriləcək. Başqanlığa iddiaçılardan tanınmış vəkil, partiyanın Divan üzvü Osman Kazımov namizədliyini geri götürüb. O, Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin başqanığa yeni namizəd olmasından sonra bu qərara gəlib.

O.Kazımov qərarını belə şərh edib: "Bəzi dostlar mənim başqanlığa namizədliyimin hələ də qalıb-qalmaması ilə maraqlanır. Belə başa düşdüm ki, məlumatsızlıqdır.

Dostların nəzərinə çatdırıram ki, rayon təşkilatlarının tam əksəriyyətnin İsa bəyə müraciətindən sonra onun namizədliyini verməsi ilə baglı mən başqanlığa namizədliyimi geri götürmüşəm.

Hazırki çətin və həlledici zaman kəsimində İsa bəy kimi təcrübəli dövlət adamına və siyasətçiyə böyük ehtiyac var.
Hal-hazırda Müsavat Partiyası Məclisinə üzvlüyə namizədəm.

Gələcəkdə də Müsavat Partiyası başqanı vəzifəsi uğrunda mübarizə aparacam. Öz gücümə və müsavatçıların sevgisinə əminəm.

Müsavat xalqımızın şərəf tarixidir.

Bu tarixin parçası olmaq həyat amalımdır".

 

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR