Onlayn ictimai-siyasi qəzet
“Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Tərtərin Həsənqaya kənd sakini, 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlunun ölümündə şübhəli məqamlar olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayılıb”.
Musavat.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı açıqlamada qeyd edilib.
Bildirilib ki, həmin məlumatlar süni ajiotaj yaratmaq məqsədilə ictimailəşdirilir: “Cari il martın 9-da Tərtər rayonu, Çaylı kəndi ərazisində mina partlaması nəticəsində sol ayağının aşağı ətrafı travmatik amputasiya olunmuş Yaquar Hadıyev növbəti dəfə oktyabrın 6-da eyni ərazidə minaya düşərək həlak olub.
Hər iki halda Yaquar Hadıyev müvafiq icazəsi olmadan işğaldan azad olunmuş ərazilərə səfər edərkən qanunsuz erməni silahlı birləşmələri tərəfindən basdırılmış mina partlayışının qurbanı olub.
Prokurorluq orqanları tərəfindən aparılan araşdırma zamanı hadisə yerinə və Yaquar Hadıyevin meyitinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Meyitə baxış zamanı mərhumun bədəni üzərində qanunsuz erməni silahlı birləşmələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində ümumi sayı 5 ədəd olan xəsarətin əmələ gəlməsi müəyyən edilib. Fatklarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir”.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ