İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir: Gürcüstanda konstitusiya quruluşunun pozulmasına yol verməyəcəyik

Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası keçirilmiş parlament seçkilərində seçicilərin misli görünməmiş dəstəyini qazanıb. Hakimiyyət bu seçimi qoruyacaq, konstitusiya quruluşunun pozulmasına yol verməyəcək.

“Report” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bunu parlamentin iclasında Baş nazir İrakli Kobaxidze bildirib.

"Əvvəllər baş verən hər şey təkrarlanır. Müxalifət seçkilərdə məğlubiyyəti qəbul etmir və ölkədə konstitusiya quruluşuna qarşı çıxır. Vurğulamaq istəyirəm ki, dövlət öz yerindədir və heç kim konstitusiya quruluşunu sarsıda bilməyəcək", - o qeyd edib.

İ.Kobaxidzenin sözlərinə görə, seçkilər elektron texnologiyalardan istifadə edilməklə sakit şəraitdə keçib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. MSK-nın son məlumatına görə, seçkilərdə seçicilərin 54,08 %-nin dəstəyini qazanan hakim "Gürcü Arzusu" partiyası qalib gəlib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR