Onlayn ictimai-siyasi qəzet
“Şəfa” rəhbərliyi komandada güclü islahatlara start verib.
İdarəçilər II Liqada qış fasiləsi elan olunan kimi bu istiqamətdə ciddi işə başlayıb.
Artıq 7 futbolçu düşərgədən yola salınıb. Onların əksəriyyəti ötən mövsüm “Baku Sportinq”in heyətində çempionatın qızıl medallarını qazananlardır.
Belə ki, Qərib İbrahimov, Comərd Baxşəliyev. Röyal Nəcəfov, Elçin Rəhimli, Ülvi Quliyev, Elgün Abbaslı və Ceyhun Cavadov buradan uzaqlaşdırılıb.
Qarşıdakı günlərdə daha bir neçə nəfərin də buradan göndərilməsi gözlənilir.
“Şəfa” 2025-ci ilə yeni baş məşqçi ilə start verəcək. Bu posta Elgiz Kərəmli gətirilib. Zamir Hüseynov və Şahin Hüseynov ona köməkçi təyin olunub.
Dünən klubdaxili toplantı keçirilib və rəhbərliyin ümumi qərarına əsasən, Nadir Əliyev vəzifəsindən uzaqlaşdırılıb.
Yönətim cari mövsümün geridə qalan hissəsində qeydə alınan nəticələri qənaətbəxş saymadığından, onunla yolları ayırmağı məqsədəuyğun sayıb.
Paytaxt təmsilçiisi 13 tur ərzində 34 xal toplayıb. Onlar hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider “Şahdağ”dan geri qalırlar. (sportinfo.az)
22 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ