Onlayn ictimai-siyasi qəzet
"Barselona" "Bayer"in mərkəz müdafiəçisi Conatan Tanı transfer etmək istəyir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, İspaniya klubu transferi avqustun 30-a kimi başa çatdırmağı planlaşdırır. Artıq tərəflər arasında ilk danışıqlar aparılıb.
28 yaşlı alman futbolçu "Bayer Leverkuzen"lə 2025-ci ildə başa çatacaq müqaviləni yeniləmək istəmir və "Bavariya"ya keçid hələ də razılaşdırılmayıb.
Keçən mövsüm Conatan Ta bütün turnirlərdə 48 oyunda iştirak edib, altı qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırki əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ