İnsanlara hürriyət, millətlərə istiqlal!

Baqratyan: “Paşinyan Rusiyanı Ermənistanın düşməninə çevirməyə çalışır”


“Paşinyan hər gün yeni absurd fikirlər səsləndirir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın “Birlikdə” hərəkatının üzvü, keçmiş baş nazir Hrant Baqratyan bu gün, fevralın 16-da keçirdiyi mətbuat konfransında deyib.

Baqratyan Ermənistanda konstitusiya dəyişikliklərinin “zəruriliyi” və Müstəqillik Bəyannaməsindən imtinası ilə bağlı arqumentləri tənqid edib.

 “Siz Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətindəsiniz, belə bir müqaviləni imzalasanız, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsınız və 1989-cu il qərarı avtomatik olaraq ləğv edilir, çünki beynəlxalq hüquq daha yüksəkdir. Paşinyan yemi atır, cəmiyyət də onu həvəslə udur. Təbii ki, Azərbaycan özünü aqressiv aparır, amma Paşinyan sanki onu daha böyük təcavüzə sövq edir. “Siz isə məni Ermənistana nümayəndə təyin edəcəksiniz, bununla da mən erməni xalqı qarşısında məsuliyyətdən azad olacağam” deyir. Biz belə tendensiyaları görürük və ictimaiyyəti xəbərdar etməyə borcluyuq. Paşinyanın dediyi və etdiyi hər şey yalandır”, - deyə Baqratyan bildirib.

Hrant Baqratyana görə, Nikol Paşinyanın istefası vəziyyəti dərhal dəyişəcək.

“Məndə belə təəssürat yaranır ki, Ermənistanın iki geosiyasi seçimi var və hər ikisi pisdir. Birinci halda bizim iki düşmənimiz var - Azərbaycan və Türkiyə. Təəssüf ki, Paşinyan başqa variant seçir, Azərbaycanı, Türkiyəni və Rusiyanı özünə düşmən etmək istəyir. Belə bir vəziyyəti heç kim həll edə bilməz”, – deyə Baqratyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR