Bakının mərkəzi küçələrindən birində, “28 May” metrostansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-100 AZN ödəniş olunacağı söz verilir.
Sosial şəbəkələrdə yazılan fikirlərə əsasən, heç kim turnikdə asılı qala bilmir, buna səbəb kimi isə turnikin dəmir hissəsinin yağlı olması iddia edilir.
ŞƏRHLƏRŞƏRH YAZ