İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda zəncirvari qəza olub, xəsarət alan var - FOTO

Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com-un APA-ya istinadən xəbərinə görə, qəza Əliyar Əliyev küçəsində qeydə alınıb. Hadisə "Hyundai", iki "Toyota", "Tofaş" və "Chevrolet" markalı avtomobillərin iştirakı ilə baş verib.

Avtomobillərə ciddi ziyan dəyib. Hadisə nəticəsində Davudova Səbiqə Rasim qızı xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. 

Əraziyə polis əməkdaşları cəlb edilib. Avtomobillər ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR