İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyə edilib, zəhərlənən var

Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Binanın 6-cı mərtəbəsinin pilləkən qəfəsində 1 ədəd qaz sayğacı və 1 m² sahədə yığılan məişət tullantıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binanın 10 nəfər sakini tüstülənmiş sahədən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR