İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda üçəm doğulub

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda üçəm doğulub.

İnstitutdan Musavat.com-a verilən xəbərə görə, spontan baş vermiş üçəm hamiləlik ilə müraciət edən qadına hamiləliyin 34-cü həftəsində qeysəriyyə kəsiyi icra olunub.

Əməliyyatdan öncə respirator distres sindromunun profilaktikası məqsədilə görülən tədbirlər öz nəticəsini verib, vaxtından əvvəl dünyaya gəlmələrinə baxmayaraq, üçəmlərə heç bir reanimasion tədbirin icra olunmasına ehtiyac olmayıb.

İki qız, bir oğlan olan körpələr sağlam şəkildə ailələri ilə birlikdə evə yola salınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR