İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda tramvay xətləri olacaq? - Nazir müavini CAVAB VERDİ

Tramvay xətlərinin çəkilməsi ilə bağlı konkret fikir yoxdur, belə bir məsələ müzakirə edilmir. Lakin bu o demək deyil, tramvaylarla bağlı məsələ diqqət mərkəzində deyil.

Musavat.com apa-ya istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.

R.Hümmətov bildirib ki, yerüstü tramvay xətlərinin çəkilməsi, müəyyən ərazilərin olmasını tələb edir.

“Biz bilirik ki, nöqtələr arasında olan sərnişin sıxlığı var. Lakin bu tramvay xətlərinin yerüstü, ayrıca bir zolaqlarda birləşdirilməsi imkanlarını təəssüf ki, məhdud qiymətləndiririk”, - deyə o əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR