İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda tələbə müalicə aldığı xəstəxanada intihar etdi

Bakıda tələbə müalicə aldığı xəstəxanada intihar edib.

Musavat.com xəbər verir ki, bu barədə tələbənin təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Universiteti məlumat yayıb.

Qeyd olunub ki, universitetin İbtidai təhsil fakültəsinin III kurs tələbəsi Gülşən Abbaslı uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada intihar edib.

***

Bakıda uzun sürən xəstəlikdən intihar edən tələbə Qax rayon sakinidir.

Musavat.com-un xəbərinə görə, Gülşən Fəzamir oğlu Abbaslı 2002-ci ildə rayonun Turaclı kəndində anadan olub. Onun qan xərçəngi xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Xəstəliyə dözə bilməyən G. Abbaslı bu gün səhər saatlarında müalicə aldığı xəstəxana binasının üçüncü mərtəbəsindən özünü ataraq intihar edib.

G.Abbaslının nəşi axşam saatlarında ailəsinə təhvil verilib və o, sabah doğulduğu kənddə dəfn ediləcək.

acd99554-fb1e-3a27-bb58-35e68d777624.jpg (62 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR