Onlayn ictimai-siyasi qəzet
Bakının Biləcəri qəsəbəsi ərazisində yerləşən 10 evdən su sayğaclarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini Anar Qəhrəmanov və Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Əhliman Abbasov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ