İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda QƏZA: 1 ölü, 4 yaralı var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi-Balaxanı yolunda, 4 yol adlanan ərazidə qeydə alınıb.

Rüstəm Qəmbərovun idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Rüfət Hüseynovun idarə etdiyi eyni markalı avtomobil toqquşub. Nəticədə, sərnişin qismində olan Rüfət Hüseynovun atası Əlihüseyn Hüseynov hadisə yerində ölüb, digər sürücü və daha 3 sərnişin hadisə yerində xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR