Onlayn ictimai-siyasi qəzet
Sabunçu Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Fərid Əlizadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla o, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
İttihama görə, hadisə 27 iyun 2023-cü il tarixdə, saat 13 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Fərid Əlizadə evdə olarkən həyat yoldaşı Mələk Əlizadə (şərti) ilə ailə münaqişəsi zəminində aralarında mübahisə baş verib. Bu zaman o, əli ilə bir dəfə qəsdən arvadının sifət nahiyəsindən vuraraq, ona xəsarət yetirib. Daha sonra Fərid Əlizadə istintaqa cəlb edilib.
Məhkəmə iclasında Fərid Əlizadə özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadının valideynləri onların ailə məsələlərinə müdaxilə etdiyi üçün qadınla aralarında müxtəlif vaxtlarda mübahisə olub.
Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş şəxs Bakıda yerləşən orta məktəblərinin birində ibtidai sinif müəlliməsi işləyir.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ