Onlayn ictimai-siyasi qəzet
Bakının Yasamal rayonunda mənzildə meyit aşkarlanıb.
Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.
27 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ