İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan şəxsin vəziyyəti AÇIQLANDI

Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan Samir Şeydayevin vəziyyəti qənaətbəxşdir.

Musavat.com-un xəbərinə görə, bu barədə report-un sorğusuna cavab olaraq "Liv Bona Dea Hospital"dan məlumat verilib.

Xəstəxananın baş həkimi Cabir Gülmalıyev isə bildirib ki, Samir Şeydayev martın 4-də ağır vəziyyətdə "Liv Bona Dea Hospital"a köçürülüb və reanimasiya şöbəsinə yerləşdirilib: "Süni tənəffüs aparatı ilə təmin olunduqdan sonra müvafiq müalicəyə başlanılıb və həkimlərin səyi nəticəsində müalicə fonunda xəstənin vəziyyəti qənaətbəxş hesab edilib. Xəstə süni tənəffüs aparatından ayrılıb və martın 8-də palataya köçürülüb. Hazırda müalicəsi davam etdirilir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR