Onlayn ictimai-siyasi qəzet
Paytaxtın Xəzər rayonu ərazisindəki evlərin birindən 20 min manat dəyərində 400 ədəd ətçəkən maşının oğurlanması barədə polisə məlumat daxil olub.
Musavat.com bildirir ki, Xəzər Rayon Polis İdarəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşib.
Zərərçəkənin qonşuları E.Həbibli, R.Umudov və bir nəfər qadın müəyyən olunaraq saxlanılıblar. Onların yaşadıqları evə baxış zamanı narkotik vasitələr olan metamfetamin və marixuana da aşkar edilərək götürülüb.
Qeyd edək ki, zərərçəkən şəxs ticarət mərkəzlərindən birində ətçəkən maşınların satışı ilə məşğuldur. Onun həmin evdən anbar kimi istifadə etdiyindən xəbərdar olan qonşuları mənzildən müxtəlif vaxtlarda oğurluqlar ediblər.
Faktla bağlı araşdırmalar aparılır.
Musavat.com
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ