İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda əməliyyat masasında ölən əcnəbinin kimliyi bilindi

Azərbaycanda əməliyyat masasında ölən əcnəbinin kimliyi bilindi. 

Lent.az əməliyyat zamanı ölən Hindistan vətəndaşı ilə bağlı maraqlı faktlar əldə edib. 

Məlumata görə, Mərkəzi Klinikada böyrək əməliyyatı zamanı dünyasını dəyişən şəxs Hindistan vətəndaşı, 1959-cu il təvəllüdlü İşvar Lal Soni olub. O, iş adamı olub və 20 ildir Azərbaycanda yaşayırmış.

***

Azərbaycanda xarici vətəndaş əməliyyat masasında ölüb.

Lent.az xəbər verir ki, hadisə Bakının Səbail rayonu, Parlament prospektində yerləşən Mərkəzi Klinikada qeydə alınıb.

Hindistan vətəndaşı, 1959-cu il təvəllüdlü İşvar Lal Soni əməliyyat olunarkən dünyasını dəyişib.

İşvar Lal Soni böyrəyindəki problemlərlə əlaqədar əməliyyata girib.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR