İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin bir otağının və eyvanının yanar konstruksiyaları 16 m² sahədə, 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanının yanar konstruksiyaları 4 m² sahədə və pilləkən qəfəsində ümumi sahəsi 2 m² olan köməkçi tikili yanıb.

"Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb",- deyə məlumatda qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR