İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda bir qrup sakin yolu bağladı: Su qrafikinə dəyişiklik edildi - VİDEO

Bu gün səhər saatlarında bir qrup sakin Bakı-Şamaxı yolunu bağlayıb. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yolun bağlanması qısa müddət çəkib:

“Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qısa müddət ərzində həmin yolda hərəkəti bərpa ediblər”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, 28 May qəsəbə sakinləri ASC-yə su təchizatının qrafikinin artırılması barədə müraciət ediblər:

“Həmin əraziyə 28 May nasos stansiyasından bir gündən bir su verilir. Artıq qrafik dəyişdirilib, qəsəbə gündəlik su ilə təmin ediləcək”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR