İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda başı sobada yanan kişi öldü

Bakıda bir neçə ay əvvəl yanıq xəsarəti alan kişi ölüb.

Lent.az-ın məlumatına görə, Nizami rayon sakini 69 yaşlı Zalov Heydər Mərdan oğlu bu ilin fevral ayında sobanın üzərinə yıxılıb.

Nəticədə o, başından ağır dərəcəli yanıq xəsarətləri alıb. Yaralı dərhal Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Zərərçəkmiş bir neçə ay burada müalicəsini davam etdirib. Lakin bütün müalicələrə baxmayaraq, o, iyulun 11-də həmin xəstəxanada ölüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR