İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Musavat.com-un "Report"a istinadla məlumatına görə, hadisə avqustun 3-ü, saat 21:30 radələrində "Olimpiya" stadionunun yaxınlığında qeydə alınıb.

Belə ki, paytaxt sakini Rzayev Rafis Ramiz oğlu idarə etdiyi "Ford Transit" yük avtomobil ilə hərəkətdə olarkən yolu keçən 30-35 yaşlarında şəxsiyyəti istintaqa məlum olmayan piyada qadını vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR