İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda avtomobil 2 qadını vurdu: ölən var

Bakıda avtomobil iki piyadanı vurub, ölən var.

Musavat.com-un "Report"a istinadən məlumatına görə, hadisə iyulun 26-sı saat 20:45 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1996-ci il təvəllüdlü Allahverdili Kənan Anar oğlu idarə etdiyi "Kia-Rio" markalı avtomobillə hərəkətdə olan zaman piyadalar - 1998-ci il təvəllüdlü Dadaşova Afət Yaqub qızı və 1969-cü il təvəllüdlü Hacıyeva Zemfira Hüseyn qızını vurub. Nəticədə Z.Hacıyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR