İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda avtobus sürücüsü ilə sərnişin arasında mübahisə düşdü – VİDEO

Bu gün axşam saatlarında, 60 nömrəli marşrut xətti üzrə işləyən avtobus sürücüsü ilə sərnişin arasında mübahisə düşüb.

Musavat.com xəbər verir ki, hadisə Neftçilər metro stansiyasının yaxınlığındakı dayanacaqda baş verib.

Belə ki, dayanaqda dayanan avtobus təxminən 17 dəqiqə hərəkət etməyib.

Bir müddət sonra sərnişinlərdən bir neçəsi sürücüdən avtobusun yola düşməsini tələb ediblər. Buna cavab olaraq, sürücü sərnişinlərə "yaxşı edirəm" deyərək, onlara kobud cavab verib.

Daha sonra yaşlı sərnişinlərdən biri sürücünü sakitləşdirərək, mübahisənin böyüməsinin qarşısını alıb.

Qeyd edək ki, həmin sürücü yol qaydalarını da pozub. Belə ki, sürücü yol boyu hərəkətdə olan zaman telefonla danışıb.

Musavat.com sözügedən görüntüləri təqdim edir:

Elçin Əkbərov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR