İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda atasının maşınını qaçıran yeniyetmə onu aşırdı - Xəsarət alanlar var

Bakının Qaradağ rayonunda minik maşını aşıb.

Musavat.com apa-ya istinadən xəbər verir ki, qəza “Qobu Park” ərazisində qeydə alınıb.

Belə ki, 17 yaşlı Əkbər Xəlilov idarə etdiyi KIA markalı maşında sükana nəzarəti itirib nəticədə nəqliyyat vasitəsi dərədən aşıb. Onun atasına məxsus avtomobili qaçırdığı bildirilir.

Avtomobilin aşması nəticəsində sürücünün qonşuluğunda yaşayan şəxs, 16 yaşlı Məzahir Bayramov da sərnişin qismində nəqliyyat vasitəsində olub. Hər iki şəxs xəsarət alıb.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar hazırda araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR