İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ağır qəza:“Hyundai” xəstəxananın divarını uçuraraq yandı

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, qəza Mirəsədulla Mirqasımov və Mərdənov qardaşları küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobili idarə edən şəxs yüksək sürətlə Mirəsədulla Mirqasımov küçəsində hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Avtomobil 1 saylı xəstəxanın hasarını uçuraraq içəri daxil olub. Maşının sürürücüsü və sərnişini komatoz vəziyyətinə düşüb. Onlar xəstəxana işçilərinin köməkliyi ilə maşından çıxarılaraq reanimasiyaya çatdırılıb.

Daha sonra avtomobil yanmağa başlayıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alovun ətrafa keçməsinin qarşısı alınıb. Hazırda hər iki yaralının vəziyyəti ağırdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR