Onlayn ictimai-siyasi qəzet
Bakının Xəzər rayonunda 9 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Qala qəsəbəsində avtomobil yolu keçən 2015-ci il təvəllüdlü azyaşlı qızı vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ