İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 3-cü Elm olimpiadasının 1-ci mərhələsi başladı

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında III Bakı Elm Olimpiadasının  I mərhələsi  keçirilib.

Musavat.com xəbər verir ki, BŞTİ və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən III Bakı Elm Olimpiadasının I mərhələsi 20 nömrəli məktəb-liseydə təşkil olunub.
Olimpiadanın I mərhələsində iştirak etmək üçün 672 şagird elektron qeydiyyatdan keçib.

IX və X sinif şagirdləri arasında keçirilən olimpiadanın I mərhələsində iştirakçılar 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını yerinə yetiriblər.

Olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda olimpiadanın II-final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkar etməkdən ibarətdir.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR