İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolda hərəkət üçün sürət həddi təyin ediləcək

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yoldan istifadə qaydalarına sürət həddi ilə bağlı məsələ də daxil ediləcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bu gün ödənişli avtomobil yolun açılışı ilə bağlı keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, ödənişli yolun digər magistral yollardan daha sürətli olması planlaşdırılır:

“Yeni qaydalarda sürət limiti də öz əksini tapacaq. Sürət həddi təyin edildikdən sonra ehtiyac yarandığı təqdirdə radarlar da quraşdırılacaq”.

Anar Nəcəfli ödəniş ilə bağlı da məlumat verib:

“Ödəniş məsələsi nağd və bank kartları vasitəsilə, eləcə də onlayn formada da həyata keçirilə biləcək”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR