İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Ələt yolunda qəza: Beş nəfər yaralandı

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda avtomobil qəzası baş verib.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, hadisə nəticəsində beş nəfər yaralanıb və yaralılar mərkəzə gətirilib.

Xəsarət alan şəxslərdən birinin - 1988-ci il təvəllüdlü şəxsin vəziyyəti nisbətən ağır olduğu üçün Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib. 

Digər yaralılar - 1997 və 1990-cı il təvəllüdlü şəxslərdə gicgah nahiyəsinin travması, 1978-ci il təvəllüdlü şəxsdə burun sümüyünün sınığı və 1988-ci il təvəllüdlü şəxsdə ayaq-daraq sümüyünün sınığı aşkarlanıb, hər birinə müvafiq tibbi yardımlar göstərilib.

Artıq yaralanan beş nəfərdən dördü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR