Onlayn ictimai-siyasi qəzet
Ölkənin ən böyük özəl mobil operatoru “Bakcell” ilk debet kartını - "Bakcell Kart"ı təqdim edir. Ölkənin birinci bankı “Kapital Bank”la birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirilən “Bakcell kart” ən geniş partnyor şəbəkəsinə malik debet kartdır.
“Bakcell Kart”ın üstünlükləri nələrdir?
“Bakcell Kart” abunəçilərə partnyor mağazalardan 30%-dək keşbek qazandıracaq. Ödənişsiz təqdim olunacaq kartda köçürmə və nağdlaşdırma zamanı komissiya haqqı tutulmayacaq. Eyni zamanda, kart sahibləri xüsusi “Bakcell” kampaniyaları, həmçinin “Ulduzum Premium”un üstünlüklərindən faydalana biləcəklər. Bundan əlavə, "Bakcell" tətbiqi üzərindən nömrənin balansı artırıldığı təqdirdə abunəçilərə xüsusi data (internet) bonuslar hədiyyə olunacaq.
“Bakcell Kartı” necə əldə etmək olar?
“Bakcell Kart”ı üç valyutada AZN/USD/EUR olaraq "Bakcell" tətbiqi üzərindən asanlıqla sifariş etmək olar. Debet kartı həm rəqəmsal, həm də fiziki formada təqdim olunur. Kart fiziki formada sifariş verildikdə müştərinin istəyinə uyğun olaraq ünvana çatdırıla və ya təyin edilən “Kapital Bank” filialından əldə edilə bilər. Aktiv “Bakcell” nömrəsi olan bütün abunəçilər “Bakcell Kartı” pulsuz şəkildə sifariş edə bilərlər.
"Bakcell Kart"ı "Bakcell" tətbiqi üzərindən sifariş vermək üçün linkə keçid edin: https://onelink.to/bakcell
Qeyd edək ki, “Bakcell Kart” abunəçilərə innovativ məhsul və xidmətləri təqdim edən “Bakcell”in ilk fintex (maliyyə texnologiyası) məhsuldur. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərin ixtiyarına verəcək.
Partnyor mağazaların siyahısı ilə bu link vasitəsilə tanış olmaq olar: https://birbank.az/partners
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ