İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bağırov” körpüsündə subasma təhlükəsi aradan qaldırılıb - RƏSMİ

Bu gün səhər saatlarından etibarən aidiyyəti qurumların birgə əlaqəli fəaliyyəti nəticəsində Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb.

Musavat.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, körpüyə aid su nasosları adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib. Məlumata görə, paytaxtda riskli ərazilərdə yerləşən digər körpü və keçidlər də nəzarətdə saxlanılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR