İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azəriqaz”: “Bu il abonentlərin 63 %-dən çoxu aşağı qaz istifadəsi limitini keçməyib”

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhali sektorunda təbii qazla təmin olunan 1 milyon 597 min 731 abonent, yəni ümumilikdə abonentlərin 63,4 %-i 12 qəpik tarifi ilə qaz istifadəsi limitini keçməyib.

Musavat.com-un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, ötən 9 ay ərzində 811 min 467 abonent, yəni ümumi abonentlərin 32,2 %-i 20 qəpik, 110 min 884 abonent isə (abonentlərin 4,4 %-i) 25 qəpik tarifi ilə qaz istifadə ediblər.

Qeyd edək ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR