İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı şagird rus sinif yoldaşının barmaqlarını kəsdi - FOTO

Musavat.com xəbər verir ki, Rusiyanın Voloqoda şəhərindəki 14 nömrəli məktəbdə şagirdlər arasında insident baş verib.

Məlumata görə, Azərbaycan əsilli şagird məktəb yoldaşına qarşı fiziki zorakılıq tətbiq edərək onun barmaqlarını sındırıb və ondan pul tələb edib.

İlkin məlumatlara əsasən, zərərçəkən şagirdin barmaq sümükləri və hər iki əlində qırıqlar qeydə alınıb. Hazırda o, müalicə alır və gündəlik fəaliyyətlərini müstəqil şəkildə yerinə yetirə bilmir.

Məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Polis və məktəb administrasiyası məsələnin araşdırıldığını bildirib.

Yerli media məqamdan istifadə edib, bu faktdan azərbaycanlılara qarşı nifrət hissi yaradan paylaşımlar edir.

 

Musavat.com

ab80dd81-64e1-46e4-8754-ae30fd67b491.jpg (130 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR