Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı kişi 27 yaşlı arvadını qısqanclıq zəminində öldürüb.
Musavat.com lent.az-a istinadən bildirir ki, hadisə Şuşarıda baş verib. Kişi iki ay əvvəl qızı boğmağa çalışsa da, arvadı xilas olmağı bacarıb və polisə müraciət edib.
42 yaşlı Arazın həyat yoldaşından 15 yaş böyük olduğu bildirilir. Həmçinin qadın da azərbaycanlıdır. Cütlük Rusiyaya köçüb və vətəndaşlıq alıb.
Polis əməkdaşları mənzilə ilk dəfə yanvar ayında gəliblər. Daha sonra ölümlə hədələmə maddəsi ilə cinayət işi açılıb və ər öz ərizəsi ilə sərbəst buraxılıb.
Amma ötən gün əri bıçaqla arvadına hücum edib və boyun nahiyəsinə çoxsaylı zərbələr endirib. Nəticədə zərərçəkən ölüb.
Məlumata görə, həmin axşam qısqanc şəxs içki içib və özündən çıxıb.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ