İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı iş adamı Rusiyada faciəvi şəkildə öldü

Rusiyada yaşayan 47 yaşlı azərbaycanlı iş adamı bədbəxt hadisə nəticəsində vəfat edib.

Musavat.com Metbuat.az-a istinadən xəbər verir ki, Yaroslavlda fəaliyyət göstərən iş adamı İlham Tofiq oğlu Xudiyev mayın 14-də saat 14 radələrində ikimərtəbəli evdə söküntü işləri aparan zaman üzərinə beton düşüb. O, aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.

Nəşrin məlumatına görə, İlham Xudiyevin cənazəsi Bakıya göndəriləcək.

Baş verənlərlə bağlı Yaroslavl İstintaq Komitəsi araşdırma aparır.

Qeyd edək ki, o, əslən Bakıdandır. 2016-2019-cu illərdə "Yarqorelektrotrans" müəssisəsinə rəhbərlik edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR