İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı blogerin Rusiyadakı mənzili borc səbəbindən satılacaq

Azərbaycanəsilli bloger "Subo"nun (əsl adı Sübhan Murad oğlu Məmmədov) Rusiyanın Federal Vergi Xidmətinə olan borcu səbəbindən Moskva vilayətinin Odintsovi şəhərindəki mənzilinə həbs qoyulub.

Bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, 10 milyon rubl (təqribən 211 000 manat - red.) dəyərindəki 60 kvadratmetr sahəsi olan ikiotaqlı mənzil müsadirə ediləcək.

Mənzil 91 milyon rubl (təqribən 1 924 000 manat - red.) məbləğində olan borcun bir hissəsini ödəməkdən ötrü satılacaq.

Xatırladaq ki, "Subo" 2025-ci ilin fevralında Rusiya vətəndaşlığından məhrum edilib. O, vergidən yayınmaya və çirkli pulların yuyulmasına görə axtarışdadır. Blogerin BƏƏ-yə köçdüyü bildirilir.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Noyabr 2025

02 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR