İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla İran Araz çayı üzərində körpü tikintisinə başlayıb - RƏSMİ

“Azərbaycan İranla artıq Araz çayı üzərində körpü tikintisinə başlayıb”.

Musavat.com-un məlumatına əsasən, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. 

Nazir bildirib ki, Azərbaycanla İran arasındakı razılaşmaya əsasən, Azərbaycandan Naxçıvana alternativ yol olacaq. 

Qeyd edək ki, 2022-ci ilin martın 11-də Bakı ilə Tehran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR