Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 5-7 mart tarixlərində dünyanın aparıcı turizm sərgilərindən biri olan “ITB Berlin”də təqdim olunur.
Agentlikdən Musavat.com-a verilən xəbərə görə, milli stenddə Azərbaycanı “Azərbaycan Hava Yolları” QSC, hotel və turizm şirkətləri daxil olmaqla, ümumilikdə 14 sənaye tərəfdaşı təmsil edir.
Sərgi çərçivəsində digər ölkələri təmsil edən turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir. Həmçinin ziyarətçilərə Azərbaycanın tarixi, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş mədəni obyektləri, milli mətbəxi, “Slow Food” və “Slow Wine” təcrübələri və digər turizm imkanları barədə ətraflı məlumat verilir.
Sərgidə VR (Virtual Reallıq) eynəyi vasitəsilə Azərbaycanın turizm imkanlarını əks etdirən görüntülər nümayiş olunur.
Milli stendimizi Azərbaycan Respublikasının Almaniyadakı səfiri Nəsimi Ağayev, Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşvili, Dünya Səyahət və Turizm Şurasının prezidenti və baş icraçı direktoru Culiya Simpson da ziyarət edib.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ