İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın iki strateji müttəfiqi barışır - İsraildə səfirliyimizin açılacağı gün yaxınlaşdımı?

Elxan Şahinoğlu: “İsraildəki Ticarət Nümayəndəliyimizi səfirliyə çevirməklə bərabər, Qüdsdə də konsulluğumuzu aça bilərik...”

“Türkiyə İsrailə səfir təyin etmək qərarına gəlib”. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qırğızıstanlı həmkarı Jeenbek Kulubayevlə keçirdiyi mətbuat konfransında bildirib. İsrail tərəfi az öncə İsrail və Türkiyə liderlərinin illər sonra diplomatik münasibətləri tam şəkildə bərpa etmək və iki ölkənin səfirlərini paytaxtlara qaytarmaq barədə razılığa gəldiyini açıqlamışdı.

Azərbaycanın iki mühüm, strateji müttəfiqinin, dost-qardaş məmləkətin öz aralarında siyasi-diplomatik münasibətləri tam həcmdə bərpaya yönəlik addımları əlbəttə ki, sevindiricidir. Düşmənlərimiz üçün, başda Ermənistan olmaqla, məyusedici xəbərdir.

Qeyd edək ki, artıq Azərbaycanın Təl-Əvivdə səfirlik açması da gündəmdədir və İsraildə ötən il Azərbaycan Ticarət Evinin açılmasının ardınca yəqin ki, proses uzun çəkməyəcək.

Bəs iki strateji müttəfiqimizin barışmasının ölkəmizin maraqlarına təsiri, yaxın gələcəkdə Azərbaycan-Türkiyə-İsrail-Pakistan hərbi alyansının formalaşması mümkündürmü?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022

Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-Türkiyə-Pakistan-İsrail hərbi alyansının yaxın gələcəkdə reallaşacağından danışmaq hələ tezdir, Lakin Azərbaycan-Türkiyə-Pakistan hərbi alyansından danışmaq olar: “Çünki bu alyans əslində bu gün var və siyasi, hərbi əlaqələr sıx inkişaf edir. ”İsraillə münasibətlərin qurulması istiqamətində Türkiyə hələ yeni-yeni addımlar atır.

2008-2009-cu illərdən münasibətlər gərginləşməyə başlamışdı və elə vəziyyət yarandı ki, diplomatik əlaqələr kəsildi. İndi İsraildə hakimiyyət dəyişəndən sonra Türkiyə prezidenti Ərdoğan və xarici işlər naziri Çavuşoğlu İsraillə təmaslar qurmağa başladılar. İsrail prezidenti Türkiyəyə səfər etdi. Bu şəkildə diplomatik əlaqələr bərpa olunur. Prosesin belə istiqamət alması müsbətdir. İsraillə gərgin münasibətlərdə olmaq Türkiyəyə də problemlər yaradırdı. Türkiyənin indi dünyada, xüsusən ABŞ-dakı güclü yəhudi lobbisinin dəstəyinə ehtiyacı var".

Politoloq vurğuladı ki, Azərbaycan üçün də Türkiyə-İsrail münasibətlərinin düzəlməsi lazım idi: “Bu, yeni perspektivlər vəd edir. Bir müddət öncə Azərbaycan İsraildə Ticarət Nümayəndəliyi açıb. Bundan sonra həmin nümayəndəliyin səfirliyə çevrilməsinə ehtiyac var. Bəzən deyirlər ki, bu addım Azərbaycanın bəzi ərəb ölkələri və İranla münasibətləri üçün problemlər yarada bilər, İrandan təzyiq görə bilərik. İranın Ermənistanla strateji müttəfiqlik münasibətləri var. İranın iradı varsa, onda Ermənistana təzyiq göstərməlidir. Çünki Ermənistan İsraildə səfirlik açıb. Ərəb ölkələri isə özləri son illər İsraillə münasibətləri bərpa edir. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı İsraillə təmaslar qurur. 

Türkiyənin İsraildə səfirliyi bərpa olunur, Qüdsdə isə baş konsulluğu var. Biz də İsraildəki Ticarət Nümayəndəliyimizi səfirliyə çevirməklə bərabər Qüdsdə də konsulluğumuzu aça bilərik. Orada ərəblərlə təmaslara başlaya bilərik".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR