İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın antirerror tədbiri İsveç mediasında  

 

İsveç mediası Azərbaycanın apardığı antiterror əməliyyatından yazıb.

Bu barədə Musavat.com-a İsveçdə yaşayan azərbaycanlı Emil Mirzəyev məlumat verib.

Verilən xəbərdə qeyd olunub ki, Azərbaycan Qarabağ bölgəsində separatçılara qarşı antiterror əməliyyatına başlayıb:

“Məlumata görə, Stepanakertdə (Xankəndində) partlayış səsləri eşidilib. İki nəfərin öldüyü bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi əməliyyatın məqsədinin qanunsuz erməni silahlılarının bölgədən çıxarılmasını təmin etmək olduğunu bildirib.

Azərbaycan əməliyyatla bağlı Rusiya və Türkiyəni məlumatlandırdığını bildirir”,-deyə xəbərdə qeyd olunub.

Məlumatda o da qeyd edilib ki, Qarabağ formal olaraq Azərbaycana məxsusdur, lakin ərazidə etnik ermənilər yaşayır:

“Sakinlər müstəqillik elan ediblər, lakin “Dağlıq Qarabağ” heç bir ölkə tərəfindən rəsmi olaraq dövlət kimi tanınmayıb”.

 Xəbərin orjinalı burada

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR