İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə meşə yanğınlarının söndürülməsinə başladı - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunan Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyənin Muğla bölgəsində meşə yanğınlarının söndürülməsi əməliyyatlarına başlayır.

Türkiyənin Muğla bölgəsində davam edən meşə yanğınları üç min hektardan çox ərazini əhatə edib.

Yanğının söndürülməsi üçün iki mindən çox yanğınsöndürən, təyyarə və helikopterlər də daxil olmaqla 41 aviasiya vasitəsi cəlb edilib.

Bu gün səhər saatlarından etibarən isə yanğınla mübarizə üçün qardaş Türkiyə göndərilən “BE-200ÇS” amfibiya tipli təyyarə də alovla mübarizəyə cəlb edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR