İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı AŞPA-da təmsil edən tanınmış deputatdan SENSASİON AÇIQLAMA

Professor Səməd Seyidov: "Laçının Azərbaycanın tam nəzarətinə keçməsi bu prosesi sürətləndirəcək”

“Azərbaycan xalqını, Ali Baş Komandanı təbrik edirəm. Bu gün Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidovun Laçından məruzəsi hər kəsi qürurlandırdı”.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Musavat.com-a açıqlamasında bildirib. O, danışıqların Azərbaycanın milli maraqlarına uyğun davam edəcəyini vurğulayıb:

“Bu, Azərbaycanın növbəti böyük qələbəsidir. Azərbaycan xalqının çoxdan gözlədiyi, eyni zamanda Azərbaycan prezidentinin ardıcıl, məntiqli, milli maraqlara uyğun aparılan siyasətinin birbaşa nəticəsidir ki, biz torpaqlarımızı həm hərbi, həm də diplomatik yolla azad edirik. Azərbaycan sərhədlərini tam nəzarətə götürəcək. Bu, Azərbaycanın əldə etdiyi reallıqdır. Müxtəlif qüvvələr buna qarşı çıxırdılar,  bundan sonra da çıxacaqlar, lakin bu reallığı heç kim poza bilməz. Əminəm ki, Azərbaycan sərhədlərinin tam delimitasiyası və nəhayət, geniş sülh müqaviləsinin imzalanması yaxın zamanda reallaşacaq. Azərbaycanın siyasəti dünyada gedən proseslərə tam uyğundur. Xüsusilə, qeyd etmək istərdim ki, Azərbaycan həm region, həm də dünya üçün  elə işlər görür ki, yeni təhlükəsizlik sisteminə tam uyğun gəlir. Biz yeni nailiyyətlər haqqında da eşidəcəyik”.

Seyidov qeyd etdi ki, 10 noyabr bəyannaməsinə uyğun olaraq, Qarabağdan erməni silahlı qüvvələrinin çıxarılması, Zəngəzur dəhlizinin açılması, delimitasiya və demarkasiya ilə bağlı proseslər davam etdiyi üçün indiki məqamda sülh sazişi ilə bağlı danışmaq çətindir: “Bütün proseslər sülh müqaviləsinə aparır. Ən əsası, buna qarşı çıxan qüvvələr də bunu dərk edir. Müqavimət göstəriləcəyi təqdirdə nəticənin necə olacağı bəllidir, “Qisas” əməliyyatı buna sübutdur. Azərbaycan gücü, iradəsi, qüdrəti sayəsində sülhü gətirmək iqtidarındadır. Biz bu prosesin inkişafını görəcəyik. Avqustun sonunda baş tutacaq dövlət başçılarının görüşünü, Azərbaycanın beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini, Azərbaycanın mövqeyinin regiondakı digər mövqelərə divident gətirən mövqe olduğunu nəzərə alsaq, əminəm ki, Laçının Azərbaycanın tam nəzarətinə keçməsi prosesi sürətləndirəcək”.
 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR