İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda orta məktəbdə RƏZALƏT - 11 yaşlı qıza seksual hərəkətlər etdilər

Sabirabadda orta məktəbdə qız şagirdə qarşı seksual hərəkətlər edilib.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində olan 1 saylı orta məktəbdə qeydə alınıb. Bu barədə rayon sakini olan qadın Polis Şöbəsinə müraciətində bildirib.

Onun sözlərinə görə, məktəbin arxasında 9-cu sinif şagirdi olan oğlan 11 yaşlı qıza qarşı seksual hərəkətlər edib.

Azyaşlının valideyni övladına qarşı seksual xarakterli hərəkətlər edilməsi ilə bağlı Sabirabad Rayon Polis Şöbəsinə rəsmi qaydada müraciət edib. Daxil olan müraciətlə bağlı dərhal araşdırmalara başlanılıb, tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin olunub.

Hazırda RPŞ-nin istintaq bölməsində araşdırmalar aparılır. Təyin olunan ekspertizanın rəyindən və aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR